Samir Bağırov narkotik asılılığından danışdı: "Həyatımın ən qaranlıq dövrü idi"
Baku TV-nin "Qapqara" verilişinin budəfəki buraxılışının qonağı müğənni Samir Bağırov olub.
Sənətçi narkotik asılılığı yaşadığı dövrdə keçirdiyi ağır psixoloji vəziyyətdən və bu mərhələdən necə çıxdığından danışıb.
O bildirib ki, həmin dövr onun həyatının ən qaranlıq mərhələsi sayılır:
"Narkotik istifadə etdiyim vaxtlarda elə vəziyyətə düşmüşdüm ki, hətta özümü balkondan atmaq istəyirdim. Sonra ayıldım ki, bu məndən güclü olmamalıdır. Müalicə aldım və dönüş oradan başladı".
Verilişdə sənətçi "kişilik" anlayışına münasibətini də bölüşüb. Onun sözlərinə görə, kişilik zahiri görünüş və ya statusla ölçülmür:
"Kişilik bədənə aid məsələ deyil. Kişilik insanın içində olmalıdır - tərbiyə, mədəniyyət və s. Bu, fiziki anlayış deyil, daxili keyfiyyətdir".
Oxşar xəbərlər
Azərbaycanda dövlət uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlanacaq
Azərbaycanda körpələr, erkən yaşlı uşaqlar üçün qida formulları və əlavə qidalara dair sanitariya normaları və qaydaları hazırlanacaq. BAKU.WS "Report"a istinad...