Sabahın hava proqnozu açıqlanıb
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.
Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağıntıların şərq rayonlarında güclü olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
Oxşar xəbərlər
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə-Şahdağ və Qrıza isə qar yağır. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 m...