Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatında AZAL-ın qəzaya uğramış təyyarəsinin şəkilləri dərc edilib

Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatında AZAL-ın qəzaya uğramış təyyarəsinin şəkilləri dərc edilib
Foto
Digər 76

Qazaxıstan Nəqliyyat Nazirliyi "Azərbaycan Hava Yolları"na məxsus "Embraer-190" təyyarəsi ilə bağlı hadisənin araşdırılması üzrə ilkin hesabatı dərc edib.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, nazirliyin saytında dərc edilmiş hesabatda qəzaya uğramış təyyarənin fraqmentlərinin şəkilləri yer alıb.

"Qorunub qalmış fraqmentlərin ilkin yoxlaması zamanı gövdənin arxa hissəsində, şaquli stabilizatorda və üfüqi stabilizatorda, sükan və istiqamət sükanlarında müxtəlif ölçülü və formalı çoxsaylı deşik və qeyri-deşik zədələr aşkar edilib. Oxşar zədələr təyyarənin sol mühərrikində və sol qanadında, həmçinin təyyarənin aqreqat və komponentlərində aşkar edilib. Bəzi yerlərdə zədələr düzgün düzbucaqlı formadadır", - ekspertlər qeyd ediblər.

Hesabatda həmçinin bildirilib ki, Araşdırma Komissiyası Braziliya, Azərbaycan və Qazaxıstan hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə təyyarənin dərin zədələrindən çoxlu sayda kənar obyektlər çıxarılıb. Kənar obyektlərin səbəb olduğu deşik zədələrin xarakterini və mənşəyini müəyyən etmək üçün müvafiq tədqiqatlar və ekspertizalar aparılacağı diqqətə çatdırılıb.

Hesabatda yerə çırpılmazdan əvvəl stabilizator idarəetmə intiqalının (tanqaj üzrə trimmer) elektrik naqillərinin, ehtimal ki, xarici obyektlər tərəfindən vurulmuş zədələrinin sübutları olan fotoşəkillər yer alıb. Mətndə qeyd olunub ki, bu zədələrin nəticəsi tanqaj bucağı üzrə birinci və ikinci trimləmə kanalının işləməməsi olacaq.

Həmçinin təyyarənin komponentlərinə daxil olan xarici obyektlərin səbəb olduğu, ehtimal ki, yerə çırpılmazdan əvvəl 1, 2 və 3 hidravlik sistemlərin zədələnməsinin sübutlarını əks etdirən fotoşəkillər və qrafik dərc edilib. Qeyd olunub ki, bu zədələrin nəticəsi hidravlik maye/təzyiq itkisi olacaq.

Oxşar xəbərlər

Min dərdə dəva, sehirli içki

Min dərdə dəva, sehirli içki

Şalgam suyu, xüsusilə Türkiyədə məşhur olan və əsasən qara turp, kök, su, duz və bulğur ilə hazırlanan sağlamlıq üçün faydalı bir içkidir. Tərkibində A, B, C və...

91 Digər 23:59 04 fevral 2025

Son xəbərlər