Qaqauziya rəhbərinin ev dustaqlığı daha 30 gün müddətinə uzadılıb

Qaqauziya rəhbərinin ev dustaqlığı daha 30 gün müddətinə uzadılıb
Digər 48

Kişineu Rayon Məhkəməsi Qaqauz Muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun ev dustaqlığının daha 30 sutka uzadılması ilə bağlı prokurorların vəsatətini təmin edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Prokuror Adrian Skutarunun Yevgeniya Qutsulun ev dustaqlığının iyulun 13-dən 30 gün müddətinə uzadılması barədə vəsatəti təmin edilib", - hakim Sergey Çobanu hökmü oxuyub.

Qutsulun vəkili Nataliya Bayram bu qərara Apellyasiya Palatasında etiraz edəcəyini bildirib. O hesab edir ki, hakimə təzyiq edilib. N.Bayram vurğulayıb ki, iclas zamanı hakimə İnformasiya və Təhlükəsizlik Xidmətinin rəisinin məktubu təqdim olunub. "Məktubda heç bir konkret məlumat yoxdur. Lakin biz bunu hakimin qərarına təzyiq cəhdi kimi qiymətləndiririk. Prokuror bu məktubu hansı məqsədlə gətirib? Hədə-qorxu gəlmək üçün. Hədə-qorxu gəldilər də", - vəkil qeyd edib.

Oxşar xəbərlər

Son xəbərlər