Özbəkistanda 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır?
Özbəkistanda 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi hazırlana bilər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın məktəbəqədər və məktəbdə təhsil naziri Ezozxon Karimova məlumat verib.
Onun sözlərinə görə, bu məsələ artıq deputatlar və senatorlarla müzakirə olunub. Qanun layihəsinin hazırlanması və ictimai müzakirəyə çıxarılması planlaşdırılır.
Ezozxon Karimova qeyd edib ki, uşaqları telefonlara girişdən tamamilə məhrum etmək mümkün deyil, lakin telefonlardan istifadə mədəniyyətinin və normalarının formalaşdırılması vacibdir.
Oxşar xəbərlər
Kəlbəcərə sulu qar yağıb
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşamdan bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır. BAKU.WS xəbər verir ki, xəbər ver...