Ölkədə yağıntılı və küləkli hava şəraiti davam edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəran, Lerikdə 7, Göygöl, Astara, Daşkəsən, eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Gədəbəy, Şahbuz, Şəki, Yardımlı, Qax, Oğuz, Qəbələ, Qobustan, Altıağac, Xaltan, Göyçay, Ağdam, İmişli, Sabirabad, Neftçala, Zaqatala, İsmayıllı, Balakən, Culfa, Biləsuvar, Cəlilabad, Ordubad, Tovuz, Ağstafa və Naxçıvanda 3 mm-dək olub.
Qax, Şəki, Qusar, Daşkəsən, Göygöl, Şamaxı, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 m-dək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Aran rayonlarında 9, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Allahşükür Paşazadə: "Dindarlar hər zaman dövlətimizin yanındadırlar"
Ölkəmizin nailiyyətləri, müstəqil siyasəti çoxlarını narahat edir. BAKU.WS xəbər verir ki, bunu QMİ sədri Allahşükür Paşazadə VII Ümumdünya Mədəniyyətlərarası D...