Niyə "fast food"u yedikcə yemək istəyirik? - Həkim açıqladı

Niyə fast foodu yedikcə yemək istəyirik? - Həkim açıqladı
Digər 137

Burger, kartof qızartması, şaurma və digər "fast food" növləri bəziləri üçün asılılığa çevrilə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Nataliya Tananakina danışıb.

"Şəkər, yağ və duzun birləşməsi beyindəki həzz mərkəzini aktivləşdirir və asılılığa bənzər təsir yaradır" deyə ekspert izah edib.

Elmi nöqteyi-nəzərdən insanların təkrar-təkrar "fast food" yemək istəməsinin səbəbi onun sürətli mənimsənilməsi, qısa müddətli enerji artımı və dopamin istehsalıdır. Praktik baxımdan yüksək kalorili qidaları almaq və istehlak etmək asandır. Məsələn, şauarma demək olar ki, hər hansı bir əlverişli yerdə alına bilər ki, bu da onu daha da cəlbedici edir. Beləliklə, "fast food" insan beynində həzzlə əlaqələndirilməyə başlayır.

"Fast food aludəçiliyindən qaçmaq üçün balanslaşdırılmış qidalanma vərdişini inkişaf etdirmək və istehlak etdiyiniz qidaların tərkibinə nəzarət etmək vacibdir", - deyə həkim fikrini yekunlaşdırıb.

Son xəbərlər