Moskvada 122 illik temperatur rekordu yenilənib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskvada iyulun 12-nə olan temperatur rekordu qırılıb, hava 34,6 °C-ə qədər qızıb və bununla 1903-cü ildəki maksimumu geridə qoyulub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.
"VDNX stansiyasında bu gün 122 illik rekord qırıldı. 1903-cü ildə temperatur 34,5 dərəcə idi, bu gün isə 34,6 dərəcə oldu. Bu, ekstremal temperaturun xarakterik xüsusiyyətidir", - o vurğulayıb.
Direktor qeyd edib ki, yaxın günlərdə daha rekord temperatur proqnozlaşdırılmır, çünki temperaturun tədricən azalması başlayacaq.
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxsin iş adamı olan oğlu həbs edildi
Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, gübrə satışı ilə məşğul olan sahibkar Rama...