Monqolustan Putinin həbsinə dair qərara əməl etməyəcək

Monqolustan hökuməti Rusiya prezidenti Vladimir Putinin bu ölkəyə səfəri zamanı həbs edilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (BCN) orderinə əməl etməyəcəyini açıqlayıb.
Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
"Kremlin hazırlıqları ilə tanış olan iki mənbəyə əsasən, Vladimir Putinin Monqolustana planlaşdırılan səfərindən əvvəl onu BCM-nin orderi ilə həbs edilməyəcəyinə dair zəmanət alınıb", - deyə nəşr qeyd edib.
Buna qədər Kremlin sözçüsü Dmitri Peskov bildirmişdi ki, Rusiya prezidentinin gözlənilən səfəri ilə əlaqədar Monqolustanın BCM-nin Roma Əsasnaməsində iştirakından Rusiyanın heç bir narahatçılığı yoxdur.
Oxşar xəbərlər
Ucuz texnoloji cihazlar təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
Son vaxtlar bazarda ucuz texnoloji cihazların sayı artıb. Telefon, qulaqlıq, airfryer kimi məhsulların ucuz qiymətə satılması alıcıları cəlb edir. Lakin bu ciha...
