Kosmik tullantılar təyyarələr üçün artan təhlükəyə çevrilir

Kosmik tullantılar təyyarələr üçün artan təhlükəyə çevrilir
Digər 50

Yeni araşdırmalara nəzarətsiz kosmik tullantıların Yer atmosferinə daxil olaraq havadakı təyyarələr üçün toqquşma riski yaratdığını göstərir. Hərçənd bu ehtimal az olsa da, belə bir hadisənin nəticələri fəlakətli ola bilər.

BAKU.WS xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) SpaceX-in 16 yanvarda Texasdakı Starbase bazasından həyata keçirdiyi Starship buraxılışı zamanı baş verən nasazlıqla bağlı araşdırmalara başlayıb.

Məlumata görə, Starship 7 buraxılışı zamanı nəzarəti itirərək Atlantik Okeanına, Turks və Kaykos adaları yaxınlığına düşüb. Hadisədən sonra bəzi qalıqların sahilə vurduğu bildirilir.

FAA hadisə zamanı hava məkanında nəzarət tədbirləri həyata keçirdiyini, bəzi uçuşların isə yanacaq çatışmazlığı səbəbindən marşrutunu dəyişdiyini açıqlayıb.

Kanadalı tədqiqatçılar tərəfindən aparılan və Scientific Reports jurnalında dərc edilən araşdırmaya görə, kosmik tullantıların nəzarətsiz atmosferə daxil olması və hava nəqliyyatının artması səbəbindən risklər daha da böyüyür.

Araşdırmada hava nəqliyyatının intensiv olduğu bölgələrdə hər il 26% ehtimalla nəzarətsiz kosmik tullantıların atmosferə daxil ola biləcəyi qeyd olunur.

Ekspertlər bildirirlər ki, hava məkanının bağlanması həm iqtisadi, həm də təhlükəsizlik baxımından çətinliklər yaradır. Hazırda orbitdə 2 300-dən çox raket gövdəsi mövcuddur və bunlar nəzarətsiz şəkildə Yerə geri qayıda bilər.

Tədqiqatçılar beynəlxalq qurumların kosmik tullantıların idarə olunan şəkildə okeana yönləndirilməsini məcburi hala gətirməsinin mümkün toqquşma risklərini azalda biləcəyini bildirir. Bununla belə, rəsmi qurumlar qarşıdakı illərdə nəzarətsiz tullantılarla mübarizə aparmaq məcburiyyətində qalacaqlar.

Son xəbərlər