Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

15 Sentyabr – Bilik Günü münasibətilə 33 illik fasilədən sonra, Kəlbəcərdə ilk dərs zəngi çalınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhərdə işğal dövründən sonra inşa olunan ilk tədris ocağı modul tipli binada fəaliyyətə başlayıb.
Bina məktəblilərin təhsillərini davam etdirmələri üçün müvəqqəti olaraq təşkil edilib.
Kəlbəcər şəhərində 2,24 hektar ərazidə müasir təhsil kompleksinin inşası davam edir. Kompleksdə 528 şagird üçün ümumtəhsil orta məktəb, 80 yerlik uşaq bağçası, 7 peşə təhsili üçün emalatxana və 70 yerlik yataqxana nəzərdə tutulub.
Təhsil kompleksinin 2026 - cı ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Tədbirdə qeyd edilib ki, 32 il əvvəl məcburi köçkünlüyün ağır sınaqlarını yaşamış soydaşlarımız bu gün qalibiyyətin bəhrəsini görərək doğma torpaqlarında həyatın yenidən bərqərar olmasına şahidlik edirlər.
Yeni tədris ilinə qədəm qoyan bütün şagird və müəllimlərimizi təbrik edir, onlara uğurlar və işıqlı gələcək arzulayırıq.
Oxşar xəbərlər
Çoxmərtəbəli tikililərdə gizli qüsurlar: Mütəxəssislər xəbərdarlıq edirlər
Bakının müxtəlif yerlərində yenidənqurma və tikinti işləri aparılır. Belə ki, köhnə binalar sökülərək, yerində çoxmərtəbəli binalar tikilir. Bu binalar paytaxtı...
