İsti havada çox qalmaq qocalmanı sürətləndirir

İsti havada çox qalmaq qocalmanı sürətləndirir
Digər 86

Yeni elmi araşdırmaya görə, yaşadığınız ərazinin iqlimi orqanizminizin qocalma sürətinə təsir edə bilər. Bu proses hətta hüceyrə səviyyəsində də müşahidə olunur.

BAKU.WS xəbər verir ki, Science Advances jurnalında dərc olunan məqalədə bildirilir ki, ekstremal istilərin daha çox olduğu bölgələrdə yaşayan insanların bioloji qocalması sürətlənir. Onların hüceyrələri, daha sərin iqlimdə yaşayanlarla müqayisədə, daha tez qocalır.

Araşdırma çərçivəsində 56 yaş və daha yuxarı 3679 iştirakçının qan nümunələri analiz edilib. Finiqs və Tuksun (Arizona), Braunsvill və Laredo (Texas), eləcə də Mayami və Tampa (Florida) ən isti bölgələr kimi qeydə alınıb. Bu bölgələrdə yaşayanların bioloji yaşı ildə 10-dan az isti gün olan ərazilərdə yaşayanlarla müqayisədə 14 ay daha çox olub.

Oxşar xəbərlər

Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir?

Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir?

Qohum evlilikləri tarixə qovuşur. Dəyişikliyə əsasən, nikahın bağlanmasına mane olan halların sırasına qardaş və bacıların ümumi bioloji baba və nənəsi olan uşa...

32 Digər 03:03 02 iyul 2025

Son xəbərlər