"İlaxır çərşənbənin səhəri su üstünə gələrlər" - Lənkəranlılar Novruz ənənəsindən danışdılar
18
mar
2026
22:57
Cənub bölgəsində İlaxır çərşənbənin səhəri daha təmtəraqla qeyd olunur.
Bu günün ən maraqlı və qədim adətlərindən biri isə səhər tezdən çay üstünə getməkdir.
Lənkəranlılar bu ənənə haqqında Baku TV-yə danışıblar.
"İlaxır çərşənbənin səhərisi su üstünə gələrək axar sudan götürüb evə aparırlar. Həyət-bacaya, ev-eşiyə səpərlər ki, aydınlıq olsun, ruzili və bərəkətli olsun. Beləliklə, ilin gözəl keçməsi arzu edilir", - sakinlərdən biri qeyd edib.
"Saat 8-də su üstünə gəlirlər. "Ağırlığını, uğurluğunu, dərd və bəlanı su aparsın" deyirlər", - başqa bir sakin əlavə edib.
Oxşar xəbərlər
Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
Qazaxıstanda səfərdə olan AZCON Holding və Azərbaycan Dəmir Yollarının (ADY) nümayəndə heyəti bu ölkənin aparıcı liman və terminallarının fəaliyyəti ilə tanış o...