Hündürdaban ayaqqabı geyinənlərə XƏBƏRDARLIQ - Sən demə…
Hündürdaban ayaqqabı geyinməyi əldə ağır çantalarla gəzməklə müqayisə etmək olar.
BAKU.WS xəbər verir ki, bunu rusiyalı travmatoloq və ortoped Antonina Zavadskaya Lenta.ru-ya açıqlamasında deyib.
O, belə ayaqqabıların sağlamlığa təsirini qiymətləndirib.
Həkimin sözlərinə görə, qadınların əksəriyyəti hündürdaban ayaqqabı geyindikdən cəmi bir saat sonra diskomfort hiss edir:
"Ağrı ayağın qeyri-təbii mövqeyi, ayaq barmaqlarına güclü təzyiq nəticəsində yaranır. Dabanlı ayaqqabılar da topuğun bucağını dəyişdirir və dizlər və beldəki yükü artırır".
O, xəbərdarlıq edib ki, 10 sm-lik daban ayağın ön və barmaqlarındakı təzyiqi 30 faiz artırır.
Bundan əlavə, damarlarda qan dövranı məhdudlaşdırıla bilər və artrit inkişaf riski artır.
Oxşar xəbərlər
Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir
Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir. Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külə...