Hökumə Əliyevanın anasından ürək dağlayan sözlər
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində qəhrəmancasına həlak olan Hökumə Əliyevanın anası Kəmalə Əliyeva BAKU.TV-yə danışıb.
O, bildirib ki, Hökumə işini çox sevirdi.
"Həmişə deyirdi ki, mənə vəzifə versələr də, işimdən ayıra bilməzlər. İnternetdə təyyarə qəzalarına baxırdım, həmişə bilirdim ki, balamın da başına belə iş gələ bilər. Mən həmişə buna hazır idim", - deyə Kəmalə Əliyeva bildirib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer" tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 26-da Azərbaycanda bir günlük matəm elan edilib.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə dini abidələrin bərpasına başlanılıb
Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa prosesinə dini abidələrin bərpasından başlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Dini Qurum...