Həmyaşıdlarına örnək olan Paşa uğurunun sirlərini bölüşdü: "Əsas məsələ çox oxumaq deyil"

Həmyaşıdlarına örnək olan Paşa uğurunun sirlərini bölüşdü: Əsas məsələ çox oxumaq deyil
Video
Digər 116

İkinci ixtisas qrupu üzrə imtahanda maksimum nəticə göstərərək 400 bal toplayan Paşa İsbəndiyarlı Baku TV-yə uğurunun sirrini bölüşüb.

O qeyd edib ki, yüksək nəticə əldə etmək üçün sadəcə çox dərs oxumaq kifayət deyil. Əsas məsələ vaxtı düzgün bölmək və dərslərə ardıcıl şəkildə hazırlaşmaqdır:

"Uğurumun sirri dərslərə düzgün vaxt ayırmaq, günü planlı şəkildə bölməkdir. Məktəbə, hazırlıq kurslarına və fərdi dərslərə vaxtı düzgün ayırmaq lazımdır. Məncə, əsas məsələ çox oxumaq deyil, sistemli şəkildə çalışmaqdır".

Paşa İsbəndiyarlının sözlərinə görə, hazırlıq dövründə sosial həyatdan tamamilə uzaqlaşmaq da düzgün deyil:

"Dostlarla görüşməyə, telefondan və sosial mediadan istifadəyə də müəyyən qədər vaxt ayırmaq lazımdır. Sadəcə, bunlar dərslərə mane olmamalıdır".

Abituriyent gün ərzində dərsə ayırdığı vaxtın dəyişkən olduğunu bildirib. O, bəzi günlər 5-6 saat, bəzi günlər isə 2-3 saat çalışdığını deyib:

"Hətta dərs oxumadığım günlər də olurdu. Bu, günə görə dəyişirdi. Mən özüm 400 bal yığmağı gözləmirdim, amma bu həyatda hər şey mümkündür".

Paşa İsbəndiyarlı maliyyə ixtisasını seçdiyini və Bakı Ali Neft Məktəbində təhsil almağı arzuladığını bildirib. O, gələcəkdə təhsilini xaricdə davam etdirməyi planlaşdırır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidromet...

101 Digər 12:28 23 sentyabr 2026

Son xəbərlər