"Halloween" bayramının tarixi - "Ölü ruhlar dünyaya geri qayıdır"

Halloween bayramının tarixi - Ölü ruhlar dünyaya geri qayıdır
Araşdırma
Digər 35

"Halloween" bayramı - dünyanın bir çox yerində qorxu və həyəcanla qeyd olunan qədim bir ənənədir. 31 oktyabr gecəsi insanların mistik kostyumlarla qeyd etdiyi bir bayramdır.

BAKU.WS xarici mənbələrə istinadən xəbər verir ki, qədim inanclara görə bu gecədə "ölülərin qayıdış vaxtı" hesab olunub. İnsanlar pis ruhlardan qorunmaq üçün fərqli geyimlər geyinər, xüsusi ayinlər keçirərmişlər. İllər keçdikcə, bu inanc və adətlər dəyişmiş, "Halloween" bugünkü populyar mədəniyyətin əyləncəli bir hissəsinə çevrilib.

Bu yazıda "Halloween" bayramının necə yaranmasından, zamanla necə dəyişməsindən və hazırkı forması ilə necə qeyd olunmasından bəhs edəcəyik.

"Halloween" bayramının tarixi min illər əvvələ, Keltlərin qeyd etdiyi Samhain festivalına qədər gedib çıxır. Bu bayram 31 oktyabr axşamı başlayıb, 1 noyabr səhərinə qədər davam edirdi. Kelt inancına görə, bu gün ilin "qaranlıq yarısının" başlanğıcını göstərirdi və inanılırdı ki, Samhain gecəsində ölü ruhlar dünyaya geri qayıdır. Bu səbəbdən, insanlar pis ruhları qorxutmaq üçün xüsusi maskalar və kostyumlar geyinirdilər.

Samhain festivalı, sonradan Xristian kilsəsinin 1 noyabr tarixini Müqəddəslər günü elan etməsi ilə qismən dəyişdirildi və Halloween adını aldı. İngilis dilində "All Hallows" Eve" (Müqəddəslər Gününün axşamı) ifadəsinin qısaldılması nəticəsində Halloween adı yaranıb.

Halloween, xüsusən XIX əsrdə İrlandiyadan ABŞ-a köçən immiqrantlar sayəsində geniş şəkildə populyarlaşıb və burada hazırkı forması ilə - uşaqların şirniyyat toplaması, xüsusi geyimlər geyinməsi və bəzək-düzək əşyaları ilə qeyd olunmağa başlayıb. Hazırda Halloween, ABŞ-da ən böyük bayramlardan biri hesab olunur və dünya üzrə geniş şəkildə qeyd edilir.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Son xəbərlər