Gürcüstanda əcnəbilərlə bağlı qaydalar sərtləşdirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan parlamenti əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirən yeni qanunvericilik paketi hazırlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Gürcü Arzusu" partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib.
Mdinaradze deyib ki, dəyişikliklərə əsasən, qaydaları pozan əcnəbilərə tətbiq olunan cərimələr artırılır, ölkədə qeyri-qanuni qalan şəxslərin çıxarılması prosesi isə sadələşdirilir.
Eyni zamanda, Gürcüstana girişə qadağa və yeni cəza növlərinin tətbiqi də nəzərdə tutulur. Bununla bağlı ölkənin cinayət və inzibati xətalar məcəllələrinə əlavələr ediləcək.
Oxşar xəbərlər
Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi
ABŞ-nin Los-Anceles şəhərində süni intellekt vasitəsilə yaradılan musiqi əsərlərinin və onların ərsəyə gəlməsində iştirak edən şəxslərin mükafatlandırıldığı "AI...