Gecə işıq yanan otaqda yatanlara XƏBƏRDARLIQ
Gecə süni işıq altında yatmaq ürək-damar xəstəlikləri riskini artıra bilər.
BAKU.WS xəbər verir ki, bu barədə kardioloq Ehimen Aneni xarici KİV-ə açıqlamasında bildirib.
O qeyd edib ki, bu yaxınlarda JAMA Network Open jurnalında dərc olunan bir araşdırmada işıq yanan otaqda yatmağın ürək çatışmazlığı, koronar ürək xəstəliyi, miokard infarktı və insult riskini artıra biləcəyi aşkar edilib.
Həkimin sözlərinə görə, bu, işığa məruz qalmaq sirkadian ritmini (gecə-gündüz rejimi) poza və yuxu müddətini azalda bilir.
Həkim həmçinin qeyd edib ki, qadınların işığa bağlı sirkadian ritm pozğunluqlarına kişilərə nisbətən daha həssasdırlar. O, həmçinin qeyd edib ki, gecə növbələrində işləyən qadınlarda ürək çatışmazlığı halları kişilərə nisbətən daha yüksəkdir.
Oxşar xəbərlər
Yaxın həftələrdə altı bürc səkkizinci deyil, elə bil yeddinci səma kimi xoşbəxt olacaq
Yaxın həftələrdə enerji axını xüsusilə əlverişli olacaq - xüsusən də yeniliyə açıq olan və taleyin hədiyyələrini qəbul etməyə hazır insanlar üçün. BAKU.WS-in mə...