Faciəli şəkildə ölən Xumar Milli Qəhrəmanın bacısı imiş
Bu gün Goranboyda dəm qazından boğularaq həyatını itirən Xocalı sakinlərindən biri, 1972-ci il təvəllüdlü Xumar Səlimovanın Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovun bacısı olduğu müəyyən edilib.
BAKU.WS-in "Qafqazinfo"ya istinadla məlumatına görə, faciə zamanı onunla birlikdə qonaq gələn əmisi qızı Sevil Səlimova da həyatını itirib.
Qeyd edək ki, Araz Səlimov könüllü olaraq Xocalının özünümüdafiə batalyonlarından birində döyüşüb. Xocalı faciəsi zamanı o, onlarla dinc sakinin həyatını xilas edib. Lakin ermənilər onu Əsgəranda qardaşı Fəxrəddin Səlimovla birlikdə vəhşicəsinə qətlə yetiriblər. Araz Səlimovun atası da Xocalı faciəsi zamanı şəhid olub.
1997-ci ildə Araz Səlimov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. O, Ağdam Şəhidlər Xiyabanında dəfn olunub.
Qalereya
Oxşar xəbərlər
Poçtla məktub göndərmək tarixə qovuşur? - "Sonuncu dəfə Şaxta babaya yazmışam"
Danimarkanın poçt xidməti 400 illik fəaliyyətdən sonra məktubların çatdırılmasını dayandırır. Səbəb isə rəqəmsallaşma və kağız məktublara kəskin tələbatın azalm...