Emin Əmrullayev: Təhsildə 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük
2014-2015-ci illərdə keçirilən islahatları nəticəsini indi görürük.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məktəbəqədər təhsilin keyfiyyətində əsaslı şəkildə artım müşahidə olunur:
"Məktəbəqədər təhsilin nəticəsini iki ilə görə bilmərik. Bunun nəticəsini 13 ildən sonra, yəni şagird doqquzuncu sinfi bitirəndə görmək olar. 2014-2015-ci illərdə keçirilən islahatların nəticəsini indi görürük".
Nazir qeyd edib ki, bir çox ixtisasların içində ətraf mühit təhsili ilə bağlı materiallar olmalıdır:
"İqlimlə bağlı ixtisasların içində olmalıdır. Bununla bağlı işlərimiz davam edəcək. Həm ətraf mühit təhsili, həm də bununla bağlı yaşıl peşələr nəzərdə tutulur".
Oxşar xəbərlər
Kallas 2030-cu ilə qədər Aİ-yə üzv olmaq üçün dörd namizədin adını açıqlayıb
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas 2030-cu ilə qədər Aİ-yə qoşula biləcək dörd ölkənin adını açıqla...