Daun sindromlu cütlükdən qeyri-adi evlilik TƏKLİFİ
Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın qəhrəmanları daun sindromlu cütlük - Kamran Hüseynov və Xədicə Talıblı olub. Onlar eyni zamanda "Oyun" İnklüziv Teatrının aktyor və aktrisasıdırlar.
Xədicə ilə məktəbdə tanış olduğunu söyləyən Kamran ona olan sevgisindən bəhs edib:
"Xədicə ilə bir yerdə oxumuşuq, uşaqlıqdan ona aşiq olmuşam. Xədicəyə sürpriz edərək teatrda evlənmə təklifi etdim. Ailə həyatı qurmaq, onu anama gəlin gətirmək istəyirəm".
Kamranı çox sevdiyini deyən Xədicə gələcəkdə qızlarının olmasını arzulayır.
"Sevgi başqa, bizimki başqa. Kamran sevdiyim insandır, onsuz qala bilmərəm. Mənə bağışladığı ilk üzüyü hələ də saxlayıram. Qızımızın olmasını arzulayıram. Adını da Ağca qoyacağam", - o söyləyib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Yeni ili daha xoşbəxt qarşılayacaq bürclər
Yeni ilin yaxınlaşması ilə insanların gələcək dövrlə bağlı gözləntiləri də artır. Astroloji şərhlərə görə, bəzi bürclər yeni ildə həyatlarında mühüm dəyişiklik...