Bürcünə görə hansı xəstəliklərə meyillisən?

Bürcünə görə hansı xəstəliklərə meyillisən?
Digər 728

Doğulduğumuz ay bəzi xəstəliklərə daha çox meylli olduğumuzu göstərir.

BAKU.WS xarici mediaya istinadən həmin məlumatları təqdim edir.

Qoç bürcü

Qoç bürcünün bədəndə təmsil etdiyi orqan başdır. Bu səbəbdən miqren, xroniki baş ağrıları və gözlə bağlı narahatlıqlar yaşaya bilərlər. Hərəkətli, tələskən xasiyyətləri isə düşmə, vurulma və ya xəsarət kimi qəzalarla nəticələnə bilər. Həmçinin infeksiya və qızdırma hallarına tez-tez rast gəlinir. Enerjilərini düzgün idarə etməlidirlər, bir az sakitlik tövsiyə olunur.

Buğa bürcü

Bədəndə boğaz və boyun bölgəsini təmsil edir. Buğa bürcündə badamcıq iltihabı, zob, limfa vəzləri narahatlıqları və çiyin ağrıları müşahidə oluna bilər. Hərəkətsiz və yeməyi sevən xasiyyətləri səbəbindən artıq çəki problemi ilə üzləşə bilərlər. Çarə: Mütləq idman edin!

Əkizlər bürcü

Əkizlər bürcünü tənəffüs yolları, sinir sistemi və əlləri idarə edir. Bronxit, astma və yuxusuzluq kimi problemlərə meylli ola bilərlər. Sürətli həyat tərzi və stress sinir sistemlərinə zərər verə bilər. Sağlam həyat tərzinə üstünlük verməlidirlər.

Xərçəng bürcü

Xərçənglər həzm problemləri, bağırsaq fəaliyyətsizliyi və böyrək xəstəlikləri ilə mübarizə aparmaq məcburiyyətində qala bilərlər. Orta yaşdan sonra çəki artımına meyllidirlər. Çox həssasdırlar və depressiyaya düşmə ehtimalları daha yüksəkdir.

Şir bürcü

Ümumiyyətlə, xəstəliklərə qarşı dözümlüdürlər. Lakin onurğa, bel və ürək bölgələri həssasdır. Həddən artıq işləmək yorgunluğa və stresslə bağlı problemlərə səbəb ola bilər. Arıqlamağa diqqət etməlidirlər.

Qız bürcü

Qız bürcü sinir sistemi, mədə və bağırsaqlara nəzarət edir. Bu səbəbdən düzgün qidalanmaya xüsusi diqqət yetirməlidirlər. Özlərini daim analiz etdikləri üçün hipoxondriya (xəstəlik qorxusu) riski yüksəkdir. Hər sahədə balanslı həyat onlar üçün vacibdir.

Tərəzi bürcü

Böyrəklər, bel və onurğa bölgələri həssasdır. Böyrək xəstəlikləri, revmatizm və bel ağrılarından şikayət edə bilərlər. Xəstələndikdə isə ətraflarının diqqətini tələb edirlər.

Əqrəb bürcü

Bədəndə reproduktiv orqanlara nəzarət edir. Daxili emosiyalarını sıxma hallarında fiziki və ruhi narahatlıqlar ortaya çıxa bilər. Əqrəblər ümumiyyətlə xəstəliklərə və ağrılara qarşı dözümlüdürlər. Həzm sistemi problemlərinə də meyllidirlər.

Oxatan bürcü

Qaraciyər, dalaq, öd kisəsi və bud bölgələri həssasdır. Siyatik ağrılar, yüksək təzyiq və qaraciyər xəstəliklərinə qarşı diqqətli olmalıdırlar. Açıq havada fəaliyyətlər və idman onlara yaxşı təsir göstərir.

Oğlaq bürcü

Dəri, sümüklər, dişlər və oynaq bölgələri həssasdır. Osteoporoz, revmatizm və diş problemləri ilə qarşılaşa bilərlər. Stressdən uzaq durmalı və sağlam vərdişlərə üstünlük verməlidirlər.

Dolça bürcü

Dişlər, baldırlar və ürək dolçalar üçün həssasdır. Tez əsəbiləşə bilirlər, lakin ətrafdakı mehriban münasibətlər onları tez sakitləşdirir. Sağlam həyat tərzi onlara faydalı olacaq.

Balıqlar bürcü

Ayaqlar və sinir sistemi balıqların idarəsindədir. Melanxolik təbiətlərinə görə asılılıq yaradan maddələrə və ya həddən artıq yeməyə meyl edə bilərlər. Sağlam həyat tərzini mənimsəmələri vacibdir.

Son xəbərlər