Bu toxumları cücərdib yemək görün nələrə xeyirdir
Yeniliklərdən dərhal xəbərdar olun
Cücərmiş toxumlar quru bitkilərə nisbətən daha yüksək qida dəyərinə malikdir.
BAKU.WS xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına rusiyalı dietoloq Yelena Solomatina məlumat verib.
Onun sözlərinə görə, bütün faydalı elementlər quru toxumun içərisində "saxlanır". Cücərməyə başlayanda həmin maddələr oradan ayrılır, həkim bildirib. Bundan əlavə, cücərmiş toxumlarda bütün vitaminləri, mikro və makro elementləri mənimsəməyə kömək edən fermentlər əmələ gəlir.
İstənilən cücərmiş toxumları yeyə bilərsiniz. Məsələn, qarabaşaq yarması maqneziumla, yulaf B vitaminləri ilə, kətan toxumu çoxlu omeqa-3 yağ turşuları, soya isə amin turşuları ilə zəngindir.
Həkim həmçinin cücərmiş toxumları çiy yeməyi məsləhət görüb. Məsələn
"Lakin mədə-bağırsaq traktının iltihabi xəstəlikləri varsa, onları yeməmək daha yaxşıdır, əks halda cücərtilərdəki lif qıcıqlanmış selikli qişalara zərər verəcək. Əgər fərdi dözümsüzlük varsa, belə qidalardan da çəkinməlisiniz", - Solomatina yekunlaşdırıb.
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxsin iş adamı olan oğlu həbs edildi
Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, gübrə satışı ilə məşğul olan sahibkar Rama...