Bu qan qrupundan olan insanlar ehtiyatlı olsunlar
Alimlər genetik baxımdan ən əlverişsiz hesab olunan qan qrupunu açıqlayıblar.
BAKU.WS-in məlumatına görə, söhbət ən az rast gəlinən IV qan qrupunun (AB) daşıyıcılarından gedir. Mütəxəssislər bildirirlər ki, bu qrupun nümayəndələrində ürək-damar xəstəlikləri, yaddaş problemləri və immun sisteminin fəaliyyəti ilə bağlı pozuntuların riski daha yüksəkdir.
Alimlərin sözlərinə görə, bu qan qrupunun daşıyıcılarının DNT xüsusiyyətləri infeksiyalara və xroniki xəstəliklərə qarşı daha yüksək həssaslığa səbəb ola bilər. Lakin tədqiqatçılar vurğulayırlar ki, insan sağlamlığına təkcə genetik amillər deyil, həm də həyat tərzi, qidalanma və fiziki aktivlik təsir göstərir.
Oxşar xəbərlər
Süni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ
Süni intellektlə saxta materiallar hazırlayıb yayanları cəza gözləyir. Belə ki, şəxsin razılığı olmadan onun səs, videogörüntü və şəkillərindən istifadə edənlər...