Bu gün Şamaxı soyqırımının ildönümüdür

Bu gün Şamaxı soyqırımının ildönümüdür
Digər 119

Azərbaycan torpaqlarında "Böyük Ermənistan" dövləti yaratmaq istəyən erməni millətçilərinin 1918-ci ildə bütün  ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri arasında öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı qırğınları ayrıca yer tutur.

BAKU.WS xatırladır ki, Şamaxı soyqırımının baş verdiyi dəqiq tarix bilinmir. Bəzi kitab və məqalələrdə hadisələrin 1918-ci il martın 18-də, bəzilərində 1918-ci ilin aprel ayında, bəzilərində isə 3–16 apreldə baş verdiyi qeyd olunur.

18 mart 1918-ci il, səhər saat 6-da ermənilər Şamaxını mühasirəyə alaraq 10 top, yüzlərlə pulemyot və digər silahlarla şəhəri atəşə tutmuşlar. Bundan sonra şəhərin bir neçə məhəlləsində yanğınlar başlamış, şəhər əhalisi təslim olmağa məcbur olmuşdu. Şamaxıya daxil olan ermənilər şəhəri yenidən talan etmişlər. Şəhərdə az-çox salamat qalmış tikililər yandırılıb. Şamaxıda ermənilərin törətdikləri cinayətlər xüsusi qəddarlıqla həyata keçirilib. Qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilib, gözləri çıxarılıb, qarınları yırtılıb, yandırılıb, işgəncə ilə öldürülüblər.

Qeyd edək ki, Şamaxı soyqırımı zamanı öldürülənlərin sayı haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda öldürülənlərin sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 8–12, bəzilərində isə 40 minə qədər olduğu göstərilir. 1920-ci ildə mühacir ədəbiyyatında öldürülənlərin sayı bir mənbədə 12 minə qədər, digər bir mənbədə isə 17 min nəfər olduğu göstərilir.

Son xəbərlər