"Bitcoin"in yaradıcısı 60 milyard dollar itirdi

Bitcoinin yaradıcısı 60 milyard dollar itirdi
Digər 38

"Bitcoin"in anonim yaradıcısı kimi tanınan Satoşi Nakamotonun sərvəti aparıcı kriptovalyutanın məzənnəsinin kəskin düşməsi fonunda payızdan bəri 60 milyard dollardan çox azalıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Nakamoto ilə əlaqələndirilən kriptokisələrdə təxminən 1,1 milyon "Bitcoin" saxlanılır. "Arkham" analitik platformasının 6 fevral saat 17:00-a olan məlumatına görə, onların dəyəri 72,6 milyard dollar qiymətləndirilir. Ötən il oktyabrın 6-da isə bu aktivlərin dəyəri 135 milyard dollara çatmışdı.

Qeyd edək ki, fevralın 5-də "Bitcoin"in məzənnəsi 2024-cü ilin oktyabrından bəri ilk dəfə 60 min dollara qədər enmişdi.

Son xəbərlər