"Bitcoin" antirekordunu yenilədi

Bitcoin antirekordunu yenilədi
Digər 244

Dünyanın əsas kriptovalyutası olan "Bitcoin" fevralın 24-də enişini davam etdirib və bu, kriptovalyuta sənayesi üçün 2022-ci ilin iyunundan bəri ən kəskin aylıq geriləməyə səbəb olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, kriptovalyuta 2.9% ucuzlaşaraq, 62 701 dollara düşüb və Nyu-York vaxtı ilə səhər saat 07 radələrində (Bakı vaxtı ilə saat 16 - red.) 63 150 dollar ətrafında ticarət olunub.

Ümumilikdə fevral ayı ərzində "Bitcoin" 19%-dən çox dəyər itirib ki, bu da 2022-ci ilin iyunundan bəri ən pis aylıq göstəricidir.

Bundan əlavə, kriptovalyuta ardıcıl beşinci ay enişə doğru gedir. Bu, 2018-ci ildən bəri ən uzunmüddətli itkilər seriyası ola bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yeni ili daha xoşbəxt qarşılayacaq bürclər

Yeni ili daha xoşbəxt qarşılayacaq bürclər

Yeni ilin yaxınlaşması ilə insanların gələcək dövrlə bağlı gözləntiləri də artır. Astroloji şərhlərə görə, bəzi bürclər yeni ildə həyatlarında mühüm dəyişiklik...

37 Digər 23:59 22 sentyabr 2026

Son xəbərlər