Bakıya qar yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında fevralın 4-6-da fasilələrlə yağıntılı olacağı gözlənilir. Fevralı 4-ü gün ərzində, 5-i gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycanın rayonlarında isə fevralın 3-ü axşamdan 5-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.
Fevralın 4-6-da bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək
Oxşar xəbərlər
"Abzas Media" işində dörd nəfərin şikayəti ilə bağlı qərar açıqlandı
"Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımovanın kassasiya şikayətlərinə baxılıb. BAKU.WS "Te...