Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması çərçivəsində Mirzəağa Əliyev küçəsinin Murtuza Muxtarov küçəsi ilə kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti 31 mart 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacaq.
"Azəravtoyol" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması sözügedən ərazidə aparılan yenidənqurma işləri bitənədək qüvvədə olacaq: "Bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik".
BAKU.WSOxşar xəbərlər
Sürücülərin nəzərinə! Bu gün Bakıda bu yollar bağlı olacaq
Bu gün axşam saatlarınadək "Hava limanı” yol qovşağından "Mərdəkan” yol qovşağınadək olan hissədə yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılaca...