Bakının əsas prospektlərindən biri bağlanır

Bakının əsas prospektlərindən biri bağlanır
Sosial 1473
 

Sürücülərin nəzərinə!

Azəravtoyol-dan BAKU.WS-ə verilən xəbərə görə, Yasamal rayonu "Sovetski" kimi tanınan ərazidə aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektində təmir-tikinti işləri davam etdirilir. Bu səbəbdən bir müddət bundan öncə sözügedən prospektdə hərəkətin hissə-hissə məhdudlaşdırılması istiqamətində işlərə başlanılıb.

Artıq sabahdan etibarən N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən prospektə avtonəqliyyat vasitələrinin girişi məhdudlaşdırılacaq. Həmin istiqamətdə sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələri tövsiyə olunur.

Qeyd edək ki, Nərimanov prospektində aparılan yenidənqurma işləri çərçivəsində yaxın günlərdə prospektlə tam olaraq hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.

Yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Sürücülərin nəzərinə! Bu yolda hərəkət məhdudlaşdırıldı

Sürücülərin nəzərinə! Bu yolda hərəkət məhdudlaşdırıldı

Yasamal rayonu "Sovetski" kimi tanınan ərazidə aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektində təmir-tikinti işləri davam etdirilir. Bu səbəbdə...

1483 Sosial 21:17 09 mart 2017

Son xəbərlər