Bakının bu küçəsi təmirə bağlanır

Bakının bu küçəsi təmirə bağlanır
Sosial 2158

 

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nəriman Nərimanov küçəsi yenidən qurulur. Bu işlər çərçivəsində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti 16 yanvar 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacaq.

BAKU.WS-in məlumatına görə, hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

Qeyd edək ki, aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastruktur yaradılacaq. Prospektin hərəkət hissəsinin hazırki eni 7 metr təşkil edir. Layihəyə əsasən 2 – 5 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7 – 17.5 metrə çatdırılacaq. Hər iki istiqamət üzrə 2 – 3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11 – 23.5 metr təşkil edəcək.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Sürücülərin nəzərinə: Bakının bu yolları təmirə bağlanır

Sürücülərin nəzərinə: Bakının bu yolları təmirə bağlanır

Aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən şənbə və bazar günləri də daxil paytaxtın prospekt və küçələrində hərəkət qismən məhdudlaşdırılacaq. BAKU...

1526 Sosial 13:15 06 yanvar 2017

Son xəbərlər