Sürücülərin nəzərinə! Bu yolda hərəkət məhdudlaşdırıldı

Sürücülərin nəzərinə! Bu yolda hərəkət məhdudlaşdırıldı
Sosial 1483
 

Yasamal rayonu "Sovetski" kimi tanınan ərazidə aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektində təmir-tikinti işləri davam etdirilir. Bu səbəbdən bir müddət bundan öncə sözügedən prospektdə hərəkətin hissə-hissə məhdudlaşdırılması istiqamətində işlərə başlanılıb.

Bu barədə BAKU.WS-ə "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, artıq sabahdan etibarən N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən prospektə avtonəqliyyat vasitələrinin girişi məhdudlaşdırılacaq. Həmin istiqamətdə sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələri tövsiyə olunur.

Qeyd edək ki, Nərimanov prospektində aparılan yenidənqurma işləri çərçivəsində yaxın günlərdə prospektlə tam olaraq hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.

Yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

BAKU.WS

Oxşar xəbərlər

Sürücülərin nəzərinə! Sabahdan Bakıda bu prospekt bağlanacaq

Sürücülərin nəzərinə! Sabahdan Bakıda bu prospekt bağlanacaq

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin...

1943 Hadisə 19:14 27 fevral 2017

Son xəbərlər