Bakıda küləklə bağlı XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 8-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçalada fasilələrlə cənub-şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək, bu sarı xəbərdarlığa uyğun gəlir.
Şabran, Siyəzəndə isə fasilələrlə cənub-şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.
Oxşar xəbərlər
Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi
ABŞ-nin Los-Anceles şəhərində süni intellekt vasitəsilə yaradılan musiqi əsərlərinin və onların ərsəyə gəlməsində iştirak edən şəxslərin mükafatlandırıldığı "AI...