Azərbaycanda pravoslav xristianları Milad bayramını qeyd edirlər
Bu gün pravoslav xristianları İsa Peyğəmbərin mövludunu - Milad bayramını qeyd edirlər.
Azərbaycanın bütün pravoslav məbədlərində bayram ibadəti keçirilib.
İnanclı şəxslər üçün xüsusi əhəmiyyət kəsb edən bu gün insanların bir-birinə hörmətini və müdrikliyini, bütün fikir ayrılıqlarını unutmaq və sevinmək vaxtını təcəssüm etdirir.
Bayramdan öncə pravoslavlar 40 günlük Milad pəhrizi tuturlar. Bu pəhriz dövründə insanlar yumurta, ət və süd məhsullarından, spirtli içkilərdən imtina edir, yalnız bəzən balıq yeyirlər. Pəhrizin başa çatması tarixindən əvvəlki gün həvari Filippin anım günü olduğundan həmin gün Filipp Günü də adlanır. Milad masası arxasına Vifleyem ulduzu göründükdən sonra oturmaq lazımdır. Müqəddəs Axşam dua və Milad şamlarının yandırılması ilə başlanır.
"Report" Bakıdakı Müqəddəs Məryəm Ananın Miladı kilsəsində hazırlanmış fotoreportajı təqdim edir.
Qalereya
Oxşar xəbərlər
Piylənmə gələcəkdə hansı xəstəliklərə yol açır? - Uşaq endokrinoloqundan XƏBƏRDARLIQ
"Uşaq doludursa, deməli sağlamdır" fikri tibbi baxımdan həmişə doğru deyil. Uşaqlarda artıq çəki və piylənmə gözlə deyil, yaşa və cinsə uyğun boy-çəki göstərici...