Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Slavyan Universitetində (BSU) erməni dili tədris ediləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq universitetin mətbuat katibi Səbinə Hüseynzadə məlumat verib:
"Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarına əsasən erməni dilinin tədrisi növbəti illərdə nəzərdə tutulur".
Xatırladaq ki, BSU-nun rektoru Anar Nağıyev ötən il verdiyi açıqlamada bildirmişdi ki, 2026-2027-ci tədris ilindən etibarən universitetdə erməni dili fənninin tədrisi planlaşdırılır.
Qeyd edək ki, hazırda Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində erməni dili tədris olunur.
Oxşar xəbərlər
Daha bir məktəbə direktor təyin edildi
Bakı şəhəri 145 nömrəli tam orta ümumtəhsil məktəbinə yeni direktor təyin edilib. BAKU.WS xəbər verir ki, bu barədə sözügedən məktəb məlumat yayıb. Bildirilib k...