Azərbaycan, türk və alman ürək həkimləri bir araya gəldi
28 sentyabr tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun dəstəyi ilə "Ümumdünya Ürək Günü"nə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində "Ümumdünya Ürək Günü"nə həsr edilmiş "Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
BAKU.WS xəbər verir ki, ilk öncə tədbirin nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar və sonra Heydər Əliyev muzeyi ilə tanış olublar.
"Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi" mövzusunda beynəlxalq elmi konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, t.e.d., Gülnaz Dadaşova qonaqları salamlayaraq, konfransın gedişatına uğurlar arzu ediblər. Onlar bildiriblər ki, Astara Sağlamlıq Günləri çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün həyata keçirilmiş tibbi sosial aksiya və təşkil olunan elmi tədbir ən son nailiyyətləri bölüşməyə imkan yaradacaq.
Daha sonra Astara Sağlamlıq Günü çərçivəsində təşkil olunan tədbirlərə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, TƏBİB-in rəhbərliklərinə və həkimlərinə minnətdarlıq bildirilib.
Çıxışçılar qeyd edib ki, hazırda bütün dünyada ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir və buna görə də, dövlətlər tərəfindən sosial qayğıların artması, insanların əmək qabiliyyətini itirməsinin qarşısının alınması hər bir ölkə üçün vacib məsələdir. Buna görə də, bu məsələdə istər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, istər TƏBİB, istərsə də digər qurumlar kimi, dövlət və özəl tibb müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Konfransın açılış hissəsində TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və Florence Healthcare Qrupunun icraçı direktoru Sinan Nazif Aran çıxış ediblər.
Üç sessiyadan ibarət olan elmi konfransın birinci sessiyasında C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, t.e.d Dr. Gülnaz Dadaşova "ESC 2024 London: mühüm nəticələr və qərarlar", İstanbul Hipokrat Laboratoriyalarının icraçı direktoru Oktay Öztürk "Kardiopimopatiyanın diaqnostikasında əhəmiyyətli parametrlər", Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Dr.Günay Hətəmova "Ürək çatmazlığı xəstələrində möhtəşəm dördlü: nə, kimə və nə zaman başlamaq lazımdır?", Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., əməkdar həkim Dr.Rəşad Mahmudov "İşemik kardiomiopatiyanın menecmenti" mövzusunda təqdimatlarla çıxış ediblər.
Elmi konfrans cənub regionunun - Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Əlibayramlı rayonlarının tibb işçiləri üçün nəzərdə tutulub. Konfransda Azərbaycanın, Türkiyənin və Almaniyanın yüksəkixtisaslı mütəxəssisləri iştirak ediblər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 7 DTT balı ilə qiymətləndirilib.
Qalereya
Oxşar xəbərlər
"Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər
ABŞ Ədliyyə Nazirliyi "Google"un sahibi olan "Alphabet" korporasiyasına qarşı məhkəməyə müraciət edərək populyar "Chrome" brauzerindən çəkinməyi tələb edib. Bu...