Adxanbek Alimbekov: "Bakı və Daşkənd arasında mədəni əlaqələr ədəbiyyat vasitəsilə inkişaf edir"
"Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr ədəbi irs mübadiləsi vasitəsilə inkişaf etməkdə davam edir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Daşkənd Şərqşünaslıq Universitetinin professoru Adxanbek Alimbekov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, keçmişdə bu fəallıq indikindən xeyli zəif idi:
"Ötən əsrin 20-ci illərindən Özbəkistan ədəbiyyatı, yazıçıları, şairləri və dramaturqları Azərbaycanla fəal şəkildə qarşılıqlı əlaqədə olublar. Azərbaycanda özbək müəlliflərin əsərləri nəşr edilib".
Professor vurğulayıb ki, Azərbaycanla mədəni əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir və bu, xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.
Oxşar xəbərlər
Hər şeydən qorxan və daim narahatlıq keçirən 5 bürc
Bəzi insanlar baş verə biləcək hadisələri əvvəlcədən düşünür, ən kiçik təhlükəni belə gözlərində böyüdürlər. BAKU.WS xəbər verir ki, astroloji təsvirlərdə bu xü...