Şəhid ailələri və əlilliyi olan şəxslərə ŞAD XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi Neftçala rayonunda şəhid ailələri və əlilliyi müəyyən olunmuş şəxslər üçün yeni mənzillər alacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, müsabiqənin predmeti 20 ədəd üçotaqlı mənzilin alınmasıdır.
Layihənin ümumi dəyəri 1 milyon 974 min manat təşkil edir.
Qeyd edək ki, Agentlik son illər ərzində müxtəlif bölgələrdə şəhid ailələri və müharibə iştirakçıları üçün çoxsaylı mənzillər və fərdi evlər təqdim edib. Neftçalada həyata keçiriləcək bu növbəti layihə də həmin sosial proqramın davamı kimi nəzərdə tutulur.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...