Ayxan Abbasov: "Çox ağır qrupda mübarizə aparırıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Çox ağır qrupda mübarizə aparırıq".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Fransa yığma komandaları arasında oyundan əvvəl mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
O bildirib ki, səfərdəki oyun çox çətin keçmişdi:
"Səfərdəki oyunda rəqibin dəyişiklikləri və göstərdikləri oyun bizə çox çətinlik yaratdı. Sabah rəqibin heyətində dəyişiklik ola bilər. Onların gənc oyunçuları özünü göstərmək üçün meydana çıxacaqlar. İnanıram ki, komandam yaxşı mübarizə aparacaq. Belə komandalara qarşı oyun bizim üçün yaxşı təcrübədir".
Qeyd edək ki, görüş noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...