Ermənistan kriminal aləmin nümayəndəsini Rusiyaya təhvil verməkdən imtina etdi
Dələduzluq işi ilə bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan biznesmen Ruben Tatulyan RF-yə ekstradisiya edilməyəcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə Ermənistan Baş Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Rusiya Federasiyasının səlahiyyətli orqanlarının axtarışında olan Tatulyan 2025-ci il noyabrın 7-də Ermənistan polisi tərəfindən yaxalanıb.
"Tatulyan Ermənistan Respublikasının vətəndaşı olmadığı üçün həbs edilməyib, buna görə də xarici dövlətə təhvil verilə bilməz", - deyə baş prokurorluqdan bildiriblər.
Daha əvvəl Ermənistan DİN-in mətbuat katibi Narek Sarkisyan TASS-a bildirib ki, Tatulyanın saxlanılması ilə bağlı məlumat müəyyən edilmiş qaydada prokurorluğa və axtarışı başladan şəxsə ötürülüb.
Rusiyada kriminal aləmdə Robson kimi tanınan Tatulyan dələduzluq, cinayətkar dəstənin təşkili və qətl törətmək ittihamları ilə axtarışdadır.
Oxşar xəbərlər
20 Yanvar faciəsi azərbaycanlıların qan yaddaşıdır
"Gürcüstan azərbaycanlıları sizinlədir, qardaşlar!" deyib 1990-cı ilin qanlı yanvar hadisələrinə səssiz qalmadılar. Topladıqları yardımlarla Bakıya yollandılar...