Azərbaycan Nəşriyyatı istismarını dayandırır - Tarix AÇIQLANDI
"Azərbaycan Nəşriyyatı" MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı MMC-dən report-a bildirilib.
Bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib.
Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb.
Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil.
Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:
"Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib".
Qeyd edək ki, artıq binada köçürülmə prosesi başlayıb.
Oxşar xəbərlər
Fransa şirkəti konteyner gəmisinin Hörmüz boğazından keçdiyini bildirib
Fransanın CMA CGM şirkəti bu səhər "Galapagos" konteyner gəmisinin Hörmüz boğazından uğurla keçdiyini açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu...