Arda Turan "Qarabağ"ın futbolçusunu "Şaxtyor"a gətirmək istəyir
Millimizin və "Qarabağ"ın müdafiəçisi Toral Bayramov "Şaxtyor"un maraq dairəsindədir.
BAKU.WS Sportinfo.az-a istinadən xəbər verir ki, yayda Donetsk klubunun "sükanı arxasına" keçmiş Arda Turan onu öz sərəncamında görmək istəyir.
Türkiyəli baş məşqçi azərbaycanlı cinah oyunçusu ilə bağlı klub rəhbərliyinə raport təqdim edib.
O, Bayramovun hələ "Eyübspor"u çalışdırdığı vaxt diqqətini çəkdiyini, "Şaxtyor"a gələrsə, özünü yaxşı tərəfdən göstərə biləcəyini söyləyib.
A.Turan hesab edir ki, "Xəzər Lənkəran"ın yetirməsi böyük potensiala malikdir və 2-3 ilə yüksək qiymətə Avropaya transferi mümkündür.
Mütəxəssis son vaxtlar "Qarabağ"da əsas heyətə düşməyə çətinlik çəkən müdafiəçinin sonradan birdəfəlik transfer hüququna yiyələnmək şərti ilə icarəyə götürülməsinə də tərəfdardır.
Oxşar xəbərlər
Azərbaycanda Qum fırtınas - Nə baş verib?
Azərbaycanda qum fırtınasına bənzəyən təbiət hadisəsi müşahidə edilib. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Bildirilir ki, Bil...