Aqil M.Quliyev qadınlardan niyə qaçır?

Aqil M.Quliyev qadınlardan niyə qaçır?
Video
Digər 380

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı aktyor, rejissor Aqil M.Quliyev olub.

Gördüyü işlərə həmişə peşəkar yanaşdığını deyən sənətçi əvvəllər daha çox səsi ilə tanındığını bildirib.

"2003-cü ildə yayımlanan "Bəyaz həyat" serialından sonra tamaşaçılar məni artıq sima olaraq da tanımağa başladılar. İlk dəfə səsimi eşidəndə utanıb yerə girdim. Həmin an anladım ki, səsimiz kənardan fərqli eşidilir və onun üzərində işləməyə başladım", - deyə Aqil M.Quliyev əlavə edib.

O həmçinin şəxsi həyatından danışıb:

"Hazırda sevgi axtarmıram. Son illərdə qadınlar niyyətlərini gizlətmirlər. Onlarla söhbət zamanı görürəm ki, maddiyyata üstünlük verirlər. Buna görə də belə şeylərə xərclədiyim zamanı işimə ayırmağı üstün tuturam".

Ətraflı süjetdə:

Oxşar xəbərlər

Bahalı həyat tərzini nümayiş etdirməyin səbəbləri nədir?

Bahalı həyat tərzini nümayiş etdirməyin səbəbləri nədir?

Mütəxəssislər insanların bahalı həyat yaşadığını göstərmək istəməsinin psixoloji və sosial səbəblərini araşdırıblar. Psixoloqların fikrincə, bu hal çox vaxt özü...

42 Digər 23:38 02 noyabr 2025

Son xəbərlər