Apple iPhone buraxılış strategiyasını dəyişir: baza modellər gecikdiriləcək
On ildən artıq bir fasilədən sonra Apple illik məhsul buraxılış siyasətində əsaslı dəyişiklik etməyə hazırlaşır. Məlumata görə, iPhone 18 seriyasının baza modeli 2026-cı ildə təqdim olunmayacaq.
BAKU.WS xəbər verir ki, xarici mənbələrin məlumatına əsasən, 2026-cı ilin payızında yalnız flaqman modellərin – iPhone 18 Pro, iPhone 18 Pro Max və ilk qatlanan iPhoneun təqdim ediləcəyi gözlənilir. Standart iPhone 18 və daha münasib qiymətə olan modellərin isə 2027-ci ilin yaz aylarından əvvəl satışa çıxarılması planlaşdırılmır.
Bu dəyişiklik nəticəsində hazırda satışda olan iPhone 17 uzun müddət - 18 aydan çox - Apple-ın əsas baza modeli kimi qalacaq. Strategiyadakı yenilik cihaz çeşidinin genişlənməsi ilə əlaqələndirilir. Belə ki, 2026-cı ilin sonuna qədər iPhone 16e, iPhone Air və əvvəlki nəsil modellər də daxil olmaqla, eyni vaxtda ən azı səkkiz fərqli iPhone modelinin satışda olacağı bildirilir.
Oxşar xəbərlər
Azərbaycana Yeni il gəldi
Artıq yanvar ayının 1-dir. Yeni il ölkəmizə qədəmlərini basdı. Xatırladaq ki, 2026-cı il Şərq təqviminə görə "Alovlu qırmızı At ili" hesab olunur. Şərq təcrübəl...