Alimlər mayonez barədə xəbərdarlıq etdilər

Alimlər mayonez barədə xəbərdarlıq etdilər
Digər 202

Təbriz Tibb Elmləri Universitetinin alimləri Parkinson xəstəliyi ilə mayonez istehlakı arasında əlaqə olduğunu müəyyən ediblər.

BAKU.WS xəbər verir ki, tədqiqatın nəticələri Nutritional Neuroscience (NutNeuro) jurnalında dərc olunub.

Parkinson xəstəliyi dopamin istehsal edən neyronların itirilməsi nəticəsində yaranan xroniki və mütərəqqi nevroloji xəstəlikdir. Bu xəstəlik titrəmə, əzələ sərtliyi, hərəkətin ləngiməsi, tarazlıqda çətinliklərlə yanaşı, depressiya, yuxu pozğunluğu və idrak dəyişiklikləri ilə də müşahidə olunur.

Tədqiqatda 120 Parkinson xəstəsi və 50 sağlam insan iştirak edib. İştirakçılar 147 maddədən ibarət qida tezliyi sorğusunu dolduraraq, onların pəhrizlərində müxtəlif növ yağların miqdarı qiymətləndirilib.

Parkinson xəstəliyindən əziyyət çəkənlərin hidrogenləşdirilmiş bitki yağlarından daha çox istifadə etdiyi aşkar edilib.

Bu şəxslərin zeytun yağı və mayonez istehlakı daha yüksək olub.

Daha şiddətli simptomları olan xəstələrin daha çox heyvan mənşəli yağlar və kərə yağı istehlak etdiyi müəyyən edilib.

Lakin zeytun yağı, mayonez və hidrogenləşdirilmiş yağların istehlakının xəstəliyin simptomlarının şiddəti ilə birbaşa əlaqəsi tapılmayıb.

Alimlər bu tədqiqatın Parkinson xəstəliyinin qidalanma ilə bağlı aspektlərini daha yaxşı anlamağa kömək edə biləcəyini bildirirlər. Bununla belə, bu nəticələrin xəstəliyin qarşısının alınması və müalicəsi ilə bağlı yeni yanaşmaların inkişafına təsir göstərə biləcəyi vurğulanıb.

Son xəbərlər