Alimlər beynin qocalması ilə əlaqəli 13 maddə aşkar ediblər

Alimlər insan beyninin qocalma prosesində əsas rol oynayan 13 zülal müəyyən ediblər.
BAKU.WS "Nature Aging" jurnalında dərc edilən araşdırmaya istinadən xəbər verir ki, bu zülalların qan konsentrasiyası yaşla dəyişir və 57, 70 və 78 yaşlarında pik nöqtələrə çatır.
Bu tapıntılar beyin qocalmasına müdaxilələrinə şərait yaradır. Tədqiqatda 45-82 yaş arasındakı 10.949 sağlam insanın beyin skanlarından və 5000 iştirakçının qanında təxminən 3000 zülalın konsentrasiyasından istifadə edilib.
Mərkəzi sinir sistemindəki Brevikan (BCAN) və GDF15 zülallarının qan səviyyələri demans, insult və motor funksiyalarla əlaqələndirilib.
Alimlər bu zülalların qeyri-xətti dəyişikliklərinin insan beyninin sağlamlığında mühüm keçidləri əks etdirə biləcəyini irəli sürürlər. Bu tapıntılar, neyrodegenerativ xəstəliklərin qarşısını almağa kömək edə bilər.

Oxşar xəbərlər
Alimlər dahi insanların o vərdişini açıqladı – 4 qəribə davranış
İnsan beyninin mürəkkəb quruluşu tam olaraq öyrənilməsə də, aparılan psixoloji araşdırmalar müəyyən davranış nümunələrinin zəkayla bağlı olduğunu üzə çıxarır. M...