Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"

Adnan Oktar iki cinayətdən bəraət aldı: Qadınların mənə olan sevgisi çox qısqanıldı
Digər 199

Adnan Oktarın da aralarında olduğu 16 nəfərlik məhkum qrupu barəsində "xüsusilə ağır dələduzluq" və "çirkli pulların yuyulması" ittihamları ilə İstanbul Anadolu Birinci Ağır Cəza Məhkəməsində yenidən baxılan iş üzrə qərar elan olunub.

Məhkəmə Adnan Oktar da daxil olmaqla 13 müttəhimin əməlində cinayət tərkibi olmadığını əsas gətirərək onlara bəraət verib. Digər üç müttəhim isə üzərlərinə qoyulan ittihamların hüquqi əsaslarının mövcud olmaması səbəbilə bəraət alıblar.

Adnan Oktar daha əvvəl "rəsmi sənəddə saxtakarlıq", "sənədi pozmaq və yox etmək" və "qaçaqmalçılıq" ittihamlarından da bəraət qazanmışdı.

Məhkəmədə çıxış edən Oktar ona yönəlik ittihamların siyasi məqsədlərlə edildiyini iddia edib və qadınların ona olan sevgisinin qısqanıldığını bildirib.

"Türkiyədə sevgi problemi var, bunu hökumət həll edə bilməz. Mən göstərdim ki, dekolte geyinən, rəqs edən və şən insanlar da müsəlman ola bilər. Qadınların mənə olan sevgisi çox qısqanıldı", - deyə o bildirib.

Son xəbərlər