Abşeron Gənclər Şəhərciyində qadın qorxu yaratdı

Abşeron Gənclər Şəhərciyində qonşular üçün narahatlıq yaradan qadınla bağlı paylaşılan görüntülər araşdırılıb.
Bu barədə BAKU.WS-ə açıqlamasında DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib.
O, qeyd edib ki, həmin şəxsin sağlamlıq vəziyyəti ilə əlaqədar polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görülüb.
***
Abşeron Gənclər Şərhərciyində çox narahat bir vəziyyət yaranıb.
Bu barədə ərazidə yaşayan sakinlər BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.
Qeyd edirlər ki, bütün bina sakinləri, yaxın olan qonşular həmin binanın birinci mərtəbəsində yaşayan və vaxtaşırı qeyri-adi hərəkətlər edən qadına görə həyəcan keçirdirlər.
"Bakı-Sumqayıt yolunun 7-ci km.də yerləşən Abşeron Gənclər Şəhərciyi adlanan yaşayış massividir. Həmin binada yaşayan qadın gecələr qışqırır. Aşağıda dayanan avtomobillərin üzərinə əşyalar, yumurta və digər nə olsa atır. Dayanmadan qışqırır və çox qorxuducu hal yaradır", - deyə şikayətçilər bildiriblər.
Qeyd edək ki, problemlə bağlı lazımı yerlərə şikayət olunsa da, məsələ həllini tapmayıb.
Oxşar xəbərlər
Hər kəsin sevdiyi bu dadlı çay ağrıları kəsir, şəkəri tənzimləyir
Aromatik qoxusu və kəskin dadı ilə tanınan mixək sağlamlıq baxımından da bir çox faydalar təqdim edir. Mixəyin tərkibində güclü antioksidantlar, vitaminlər və m...
