ABŞ Rusiya neftinin digər ölkələr tərəfindən idxalına nəzarət edəcək
ABŞ Rusiya neftinin ölkələr tərəfindən idxalına nəzarət edəcək və onlara qarşı tədbirlər görəcəyini istisna etmir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc edilən ABŞ lideri Donald Trampın müvafiq sərəncamında deyilir.
ABŞ Prezidentinin sərəncamına əsasına, Ticarət Nazirliyi Dövlət Departamenti, Maliyyə Nazirliyi və digər strukturların yüksək vəzifəli şəxsləri ilə birlikdə Rusiya Federasiyasından birbaşa və ya dolayı yolla neft idxal edən ölkələrə nəzarət edəcək.
Bu məlumatların təhlili əsasında prezident üçün əlavə tariflərin və ya sanksiyaların tətbiqi də daxil olmaqla, mümkün gələcək təsir tədbirləri ilə bağlı tövsiyələri əks etdirən hesabat hazırlanacaq.
Daha əvvəl ABŞ-nin Hindistanı Rusiya neftini idxal etməkdə ittiham edərək bu ölkədən idxal olunan mallara əlavə 25 % rüsum tətbiq etdiyi bildirilmişdi.
Oxşar xəbərlər
Bu bürclərin Yeni ildən maaşları artacaq, bəxtləri gətirəcək
2026-cı ilin gəlişi bəzi bürclər üçün təkcə xoş emosiyalar və yeni ümidlər deyil, həm də maddi rifahın artması demək olacaq. Ulduzlar göstərir ki, bu bürcləri...